Türkiyədə tufan xəbərdarlığı olunub
Türkiyənin Şanlıurfa vilayətində qeydə alınan tufan nəticəsində bir nəfər ölüb, daha 40 nəfər xəsarət alıb.
"Sizinxeber.az" "Haber Global"a istinadən xəbər verir ki, Birecik rayonunda qəfil güclü yağış və külək çoxsaylı ağacların aşmasına və binaların dam örtüyünün zədələnməsinə, eləcə də lokal daşqınlara səbəb olub. Bu hadisələrdə bir vətəndaş həyatını itirib, 29 şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
Eynilə, Viranşehir rayonunda da təbiət hadisəsi oxşar mənfi təsirlərə səbəb olub və nəticədə 11 vətəndaş yüngül xəsarət alıb.
Meteorologiya Baş İdarəsinin son proqnoz hesabatına görə, ölkənin böyük bir hissəsində güclü yağış gözlənilir və Mərmərə bölgəsi üçün tufan xəbərdarlığı verilib. İstanbul da daxil olmaqla 44 vilayət üçün sarı xəbərdarlıq elan edilib və vətəndaşlara qəfil hava dəyişikliklərinə qarşı diqqətli olmaları tövsiyə olunub.
Oxşar xəbərlər
Tufan Parisdə həyatı iflic edib, Milli Assambleyanın iclası yarımçıq qalıb
Türkiyədə güclü yağış səbəbindən 2 nəfər ölüb, avtomobilləri sel aparıb, infrastruktura ciddi ziyan dəyib
Türkiyədə yol-nəqliyyat hadisəsi olub, üç nəfər ölüb, altısı xəsarət alıb
Türkiyədə ağır yol qəzasında 7-si polis olmaqla 11 nəfər xəsarət alıb, ölən var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
