Tufan Parisdə həyatı iflic edib, Milli Assambleyanın iclası yarımçıq qalıb
Parisdə güclü yağış nəticəsində bir neçə metro stansiyası su altında qalıb.
“Report” xəbər verir ki, bu barədə “Ici Paris le-de-France” radiostansiyası məlumat yayıb.
Fransanda tüğyan edən tufan paytaxt regionuna xidmət göstərən şəhərətrafı RER qatarlarının da hərəkətini dayandırıb. Xüsusilə, Parisi Şarl de Qoll hava limanı ilə birləşdirən xətt üzrə qatarlar işləmir.
Milli Assambleyanın (parlamentin aşağı palatası) Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağı sessiyası hava şəraiti ilə əlaqədar yarımçıq qalıb.
Radiostansiyanın məlumatına görə, güclü külək nəticəsində binalara və avtomobillərə ciddi ziyan dəyib. Paytaxtın mərkəzində bəzi küçələri su basıb. Bundan başqa, külək 40-a yaxın ağacı kökündən qoparıb. Bəzi küçələrdə elektrik xətlərinin qırılması parisliləri qorxuya salıb.
Fransa Milli Meteorologiya Xidməti kəskin hava şəraiti ilə əlaqədar İle-de-Frans bölgəsi (paytaxtın yerləşdiyi yer) üçün narıncı xəbərdarlıq elan edib. Ölkədə ümumilikdə 39 minə yaxın ildırım çaxması qeydə alınıb. İki nəfərin həyatı üçün təhlükə yaranıb.
Oxşar xəbərlər
Kanadada tufan 8 mindən çox evi işıqsız qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
