Ərdoğan: Türkmanlar Türkiyə ilə İraq arasında əlaqələrin əhəmiyyətli ünsürüdür
sizinxeber.az xəbər saytı

Ərdoğan: Türkmanlar Türkiyə ilə İraq arasında əlaqələrin əhəmiyyətli ünsürüdür


Türkmanlar Türkiyə ilə İraq arasında qardaşlıq əlaqələrinin əhəmiyyətli ünsürüdür.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqda baş nazirliyə namizədliyi irəli sürülmüş Məhəmməd Əli Zeydi ilə telefon danışığında deyib.

Telefon danışığının detalları Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "X" sosial media hesabında paylaşılıb.

Bildirilib ki, Ərdoğan qarşı tərəfə İraqda balanslı və sabit hökumətin qurulacağına ümid etdiyini bildirib.

Türkiyə Prezidenti ölkəsinin İraqla əməkdaşlığa strateji və institusional əsasda ciddi önəm verdiyini, yeni dövrdə bunu daha da inkişaf etdirməyi hədəflədiyini Əli Zeydinin diqqətinə çatdırıb.

Ərdoğan həmçinin Türkiyənin terrorla mübarizə, müdafiə sənayesi, enerji və nəqliyyat kimi bir çox sahələrdə İraqla əməkdaşlığı gücləndirməkdə istəkli olduğunu bildirib.

Qeyd edək ki, İraqda baş nazirliyə Məhəmməd Əli Zeydinin namizədliyi irəli sürülüb. Ölkə prezidenti Nizar Amidinin yeni hökumət qurmaq vəzifəsini ona həvalə etməsi gözlənilir.

Oxşar xəbərlər

Ərdoğan: Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Ərdoğan Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izlədiyini bildirib
Ərdoğan Trampa zəng edib
Ərdoğan Makronla regional və qlobal məsələləri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər