Türkiyədə qanunsuz mərc oyunlarının təşkilatçılarına qarşı əməliyyat zamanı onlarla şübhəli həbs edilib
sizinxeber.az xəbər saytı

Türkiyədə qanunsuz mərc oyunlarının təşkilatçılarına qarşı əməliyyat zamanı onlarla şübhəli həbs edilib


Türkiyədə qanunsuz mərc oyunları təşkil edənlərə qarşı əməliyyat keçirilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Niğdə mərkəzli 13 vilayətdə "Qeyri-qanuni mərc" cinayətinə qarşı polisimiz tərəfindən keçirilən əməliyyatlarda 9 milyard lirə (199 milyon 300 min dollar) əməliyyat həcmi olduğu müəyyən edilən 34 şübhəli saxlanılıb", - məlumatda bildirilib. Qeyd edilir ki, şübhəlilərdən 31-i həbs edilib, üçü barəsində məhkəmə nəzarəti tətbiq olunub:

"Kibercinayətkarlıqla Mübarizə Dairə İdarəsinin koordinasiyasında bir şirkətdən qeyri-qanuni mərc saytı infrastrukturu satın aldığı müəyyən edilən şübhəlilərə qarşı aparılan işlərdə 26 ədəd qeyri-qanuni mərc və qumar saytı ilə əlaqəli olduğu qiymətləndirilən çox sayda rəqəmsal material (data) və cinayət elementi ələ keçirilib".

Qeyd edək ki, əməliyyat Niğdə ilə yanaşı, Adana, Eskişehir, Qaziantep, İstanbul, İzmir, Malatya, Mardin, Samsun, Şanlıurfa, Trabzon, Şırnak və Vanda da aparılıb. "Şübhəlilərə aid 2 min 623 ədəd bank və kripto aktiv hesabı, 4 ədəd şirkət və bu şirkətlərə aid səhmlər, 1 ədəd yanacaqdoldurma məntəqəsi, 4 ədəd iş yeri, 5 ədəd torpaq sahəsi, 15 ədəd avtomobildən ibarət təxminən 1 milyard 240 milyon TL (27 milyon 460 min dollar) dəyərindəki əmlak müsadirə olunub.

Oxşar xəbərlər

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı əməliyyat: "Papara" şirkətinin rəhbəri də daxil olmaqla 13 nəfər saxlanılıb
Türkiyədə qeyri-qanuni mərc və qumar oyunlarına şərait yaradan 233 min sayt bağlanıb
Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb
Onlayn mərc və qumar oyunları təşkil edən şəbəkənin üzvləri həbs edilib - VİDEO
İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib, 6 nəfər həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər