Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı əməliyyat: "Papara" şirkətinin rəhbəri də daxil olmaqla 13 nəfər saxlanılıb
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı yeni istintaq çərçivəsində elektron ödəniş xidmətləri göstərən "Papara" şirkətinə qarşı əməliyyat keçirilib.
APA xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq zamanı "Papara" platformasının qanunsuz mərc pullarının dövriyyəsində vasitəçilik etdiyi müəyyən edilib. Prokurorluğun məlumatına əsasən, "Papara" vasitəsilə 102 fərqli mərc və qumar saytı qurulub və bu saytlardan əldə edilən pullar 274 banka hesabına köçürülüb.
Əməliyyat çərçivəsində 13 nəfər barəsində həbs qərarı çıxarılıb, 8 şirkətin fəaliyyətinə məhdudiyyət qoyulub, 74 avtomobil, 7 mənzil, 5 qayıq, 1 yaxt və 3 kirayə seyfə də daxil olmaqla əmlaklara əl qoyulub. Prokurorluq saxlanılan şəxsləri cinayətkar təşkilat yaratmaq və ona üzv olmaqda da ittiham edir.
Əməliyyat zamanı "Papara" şirkətinin sahibi Ahmet Faruk Karslı da saxlanılan şəxslər arasında yer alıb.
Oxşar xəbərlər
Türkiyədə qeyri-qanuni mərc və qumar oyunlarına şərait yaradan 233 min sayt bağlanıb
Mehmet Ali Erbil saxlanıldı, Serdar Ortaç axtarılır
Qanunsuz mərc oyunları təşkil etməkdə təqsirləndirilən şəxsə cəza istənilib
Qanunsuz mərc oyunları təşkil etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Türkiyədə əməliyyat keçirilib, Məhmət Əli Ərbil saxlanılıb, Sərdar Ortaç axtarılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
