Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
IV Şuşa Qlobal Media Forumu çərçivəsində "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" mövzusunda panel sessiya keçirilib.
"Sizinxeber.az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, paneldə ilk çıxış edən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibinin müavini Zhang Ling olub.
Onun sözlərinə görə, bu gün dünyada çağırışlar gündən-günə artır: "Medianın bu çağırışlar fonunda vacib rolu var. Media cəmiyyətlə dövlət arasında mühüm rol oynayır. Söhbət sadəcə kommunikasiya alətlərindən getmir. Burada yeni nəsil diplomatiya anlayışı var. Media bu diplomatiya boşluğunda danışıqlar üçün rol da oynaya bilir".
AQEM rəsmisi bildirib ki, üzv dövlətlərin sayı artdıqca fikirlər üst-üstə düşməyə də bilər: "Biz dialoqları üstün tuturuq. Daha böyük və çoxtərəfli platformalarda çıxış etməyə çalışırıq. Etimad olan yerdə əməkdaşlıq daha geniş yer alır".
İordaniya Haşimilər Krallığının Kommunikasiya Nazirliyinin Baş katibi Zaid Alnawaiseh deyib ki, informasiyaya çıxış əvvəllər çətin idisə, bu gün doğru informasiyanı ayırd etmək mürəkkəbləşib.
"Ola bilər əsas sual artıq informasiyanın doğru olub-olmaması ilə bağlıdır. Belə bir şəraitdə etimad məsələsi daha çox önə çıxır. Etimad bir tərəfdən etibarlılıq, şəffaflıq, auditoriya mediasavadlı olduqda yaranır. Etimad informasiyanı istehsal edənlə qəbul edən arasında olmalıdır", - o qeyd edib.
Oxşar xəbərlər
AQEM Asiyada rolunun gücləndirilməsinə yönəlmiş innovativ yanaşmasına görə Azərbaycana təşəkkür edib
III Şuşa Qlobal Media Forumu çərçivəsində sosial şəbəkələrin ictimai rəyə təsiri müzakirə edilib
Hikmət Hacıyev: Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir
Şuşada III Qlobal Media Forumunun üçüncü günü başlayıb
Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bəndər-Abbasda dörd partlayış baş verdi
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
