Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunlar uyğunlaşdırılır
sizinxeber.az xəbər saytı

Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunlar uyğunlaşdırılır


Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsini qəbul edib.

"Report" xəbər verir ki, yeni qanunla Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satışı və istifadəsi qadağan edildiyi üçün qanunvericilikdə uyğunlaşdırma addımları atılır.

Bu məqsədlə hazırlanan yeni qanun layihəsinə əsasən, elektron siqaretlərin dövriyyəsi tam dayandırıldığından, Vergi Məcəlləsində bu məhsulların aksizli mal sayılması və onlara aksiz dərəcəsinin tətbiqi ilə bağlı normalar ləğv edilir. Təklif olunan layihə həm Vergi Məcəlləsindəki ləğv olunmuş maddələrə istinadları aradan qaldırır, həm də "Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlarda müvafiq uyğunlaşdırıcı dəyişikliklərin edilməsini nəzərdə tutur.

Oxşar xəbərlər

Vergi Məcəlləsindəki dəyişikliklər I oxunuşda qəbul edilib
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Azərbaycanda 3 dövlət qurumuna elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclisin sabahkı plenar iclasının gündəliyi dəyişib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər