KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
sizinxeber.az xəbər saytı

KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu


İran Silahlı Qüvvələrinin elit bölməsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəhreyndə Amerika Birləşmiş Ştatları hərbçilərinin yerləşdiyi bazaya, peyk rabitəsi mərkəzinə və hərbi sursat anbarlarına hücum etdiyi bildirilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Nour News" agentliyi məlumat yayıb.

"İslam İnqilabı Keşikçiləri Korpusu dronlar və raketlərin köməyi ilə Bəhreyndə yerləşən "Əl-Cüfeyr" bazasında ABŞ əsgərlərinin qaldığı binaya, peyk rabitə mərkəzinə, həmçinin bir neçə silah anbarına zərbələr endirərək onları tamamilə məhv edib", - deyə agentlik SEPAH-ın rəsmi bəyanatından sitat gətirib.

Eyni zamanda, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan iki tankerə zərbə endirdiyini də açıqlayıb.

"Naviqasiya sistemləri qapadılmış iki supertanker Hörmüz boğazının təhlükəsizlik mərkəzi tərəfindən edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymayaraq, bölgədə dənizçilik üçün təhlükə yaradıb, nəticədə onlar vurularaq zərərsizləşdirilib", - deyə açıqlamada qeyd olunub.

Oxşar xəbərlər

SEPAH Hörmüz boğazını keçməyə çalışan üç xarici tankeri geri qaytarıb
SEPAH ABŞ ilə zərbə mübadiləsinin xronologiyası barədə məlumat yayıb
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
SEPAH ABŞ-nin Bəhreyn və BƏƏ-dəki hərbi bazalarına hücum edib
SEPAH 25 gəminin Hörmüz boğazından keçidinə icazə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər