Merz: İsrailin İordan çayının qərb sahilinin ilhaqına yönələn addımları yolverilməzdir
sizinxeber.az xəbər saytı

Merz: İsrailin İordan çayının qərb sahilinin ilhaqına yönələn addımları yolverilməzdir


Almaniya kansleri Fridrix Merz İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflər əsasən Livandakı vəziyyəti və Fələstin ərazilərindəki durumu müzakirə ediblər.

Merz Netanyahuya İordan çayının qərb sahilinin faktiki qismən ilhaqına gətirib çıxara biləcək addımların yolverilməz olduğunu bildirib.

Kansler həmçinin ABŞ və İran arasında çərçivə sazişinin regionda vəziyyətin sabitləşdirilməsi üçün ən yaxşı imkan olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Fridrix Merz ilk turda Almaniya kansleri seçilmək üçün kifayət qədər səs toplaya bilməyib
İsrail parlamenti İordan çayının Qərb sahilinin ilhaqına səs verib
Almaniyadan İsrailə Livanla bağlı çağırış...
Merz: Rusiyanın Ukraynada qalib gəlmək şansı yoxdur
Merz: AES-lərin yenidən işə salınması enerji problemini həll etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər