Netanyahu Trampla telefon danışığında İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının saxlanılmasının vacibliyini vurğulayıb
sizinxeber.az xəbər saytı

Netanyahu Trampla telefon danışığında İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının saxlanılmasının vacibliyini vurğulayıb


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığında Livan, Suriya və Qəzza zolağı ilə sərhədlər boyunca təhlükəsizlik zonalarının saxlanılmasının vacibliyini vurğulayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Məlumata görə, Netanyahu ilə Tramp arasında növbəti telefon danışığı davamlı təmaslar çərçivəsində baş tutub. Söhbət zamanı tərəflər müxtəlif sahələrdə fəaliyyətin koordinasiyasını müzakirə ediblər.

Qeyd olunub ki, Netanyahu İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının saxlanılması zərurətini xüsusi olaraq diqqətə çatdırıb.

Baş nazirin ofisinin açıqlamasına əsasən, Donald Tramp da öz növbəsində Netanyahunu ABŞ-ın Fars körfəzindəki fəaliyyəti barədə məlumatlandırıb.

Oxşar xəbərlər

Netanyahu Trampla telefon danışığı aparıb
Tramp və Netanyahu telefon danışığı aparır
Netanyahu Trampla Qəzza ilə bağlı gələcək planlarını müzakirə edib
KİV: Tramp və Netanyahu bu gün telefon danışığı aparacaq
Tramp və Netanyahu arasında telefon danışığı baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər