İranın Türkiyədəki səfirliyi NATO sammitinin yekun bəyanatına etiraz edib
sizinxeber.az xəbər saytı

İranın Türkiyədəki səfirliyi NATO sammitinin yekun bəyanatına etiraz edib


İranın Türkiyədəki səfirliyi NATO dövlət başçılarının Ankarada keçirilən sammitinin yekun bəyanatına cavab olaraq, dinc nüvə proqramı və Hörmüz boğazındakı gəmiçiliklə bağlı irəli sürülən ittihamları əsassız adlandırıb.

"Sizinxeber.az" IRIB-yə istinadən xəbər verir ki, bəyanatda İranın nüvə proqramının tamamilə dinc xarakter daşıdığı vurğulanıb.

Qeyd olunub ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) üzvü kimi İranın nüvə silahı əldə etmək niyyəti yoxdur.

"ABŞ və İsrail hərbi müdaxilələrə əl ataraq diplomatiyanı hədəfə alıb və bu hərəkətləri dəstəkləyən NATO-nun regionda sülh, təhlükəsizlik barədə danışmağa haqqı yoxdur", - bəyanatda deyilir.

Oxşar xəbərlər

ABŞ İranın nüvə problemi ilə bağlı sanksiyaları genişləndirib
Rafael Qrossi: İranın nüvə silahı yoxdur
İsrailin İrana zərbəsi: nüvə savaşı yaxınlaşdı? - NATO
BMT-də nüvə silahlarının yayılmaması haqqında müqavilənin yekun sənədi razılaşdırılmayıb
Tramp: İranın nüvə silahı varsa, heç bir sülh ola bilməz

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər