ABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
iy
2026
19:52
ff

ABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb

11 iy, 2026
19:52
238

ABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb

İyulun 8-i və 9-da ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər həyatını itirib, daha 115 nəfər isə xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

"İyulun 8 və 9-da ABŞ tərəfindən ölkənin altı şəhərinə endirilən aviazərbələr nəticəsində 115 nəfər yaralanıb. Əfsuslar olsun ki, 17 vətəndaşımız həlak olub", - deyə o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Kermanpur 14 nəfərin öldüyü və 78 nəfərin yaralandığı barədə məlumat vermişdi.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul