"Expressbank" Xankəndi şəhərinə mediatur təşkil edib
"Expressbank" Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkənin aparıcı media qurumlarının nümayəndələri üçün Xankəndi şəhərinə mediatur təşkil edib.
2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunması fonunda keçirilən səfərin məqsədi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində reallaşdırılan investisiya layihələrini və Expressbankın bu prosesə verdiyi maliyyə dəstəyini media nümayəndələrinə yerində təqdim etmək olub.
Mediatur çərçivəsində iştirakçılar Azərbaycan Biznesinin İnkişafı Fondunun dəstəyilə "Expressbank" tərəfindən güzəştli biznes krediti ilə maliyyələşdirilmiş GP Safety MMC - İş Əlcəkləri İstehsalı Müəssisəsini ziyarət ediblər.
Ziyarət zamanı media nümayəndələrinə müəssisənin istehsal prosesi, tətbiq olunan texnologiyalar, istehsal gücü və gələcək inkişaf perspektivləri barədə məlumat verilib. Bildirilib ki, bu kimi layihələr regionda yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın genişlənməsinə və iqtisadi fəallığın artırılmasına xidmət etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişinə də mühüm töhfə verir.
Müəssisə ilə tanışlıqdan sonra Bank əməkdaşları və media nümayəndələri nahar süfrəsi ətrafında toplaşıblar. Səfər proqramı çərçivəsində iştirakçılar Xankəndi şəhərində yerləşən Zəfər Parkını ziyarət edərək sərbəst zaman keçiriblər. Zəfər Parkına səfər media nümayəndələrinə ölkənin tarixi qələbəsinin rəmzlərindən biri ilə yanaşı, regionda aparılan genişmiqyaslı yenidənqurma işlərini də yerində müşahidə etmək imkanı yaradıb.
Oxşar xəbərlər
"Expressbank" Aqrar Biznes Festivalında iştirak edib
Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar
ABA "Expressbank"ı 4 nominasiya üzrə mükafatlandırıb
Gəncə şəhər stadionuna mediatur təşkil edilib - FOTO
Azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdən 5 min 420 nəfər məşğulluqla təmin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bəndər-Abbasda dörd partlayış baş verdi
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
