AQEM Asiyada rolunun gücləndirilməsinə yönəlmiş innovativ yanaşmasına görə Azərbaycana təşəkkür edib
sizinxeber.az xəbər saytı

AQEM Asiyada rolunun gücləndirilməsinə yönəlmiş innovativ yanaşmasına görə Azərbaycana təşəkkür edib


Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibinin müavini Zhang Ling IV Şuşa Qlobal Media Forumunda qurumun Asiyada rolunun gücləndirilməsinə yönəlmiş innovativ yanaşmasına görə Azərbaycana təşəkkür edib.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, o qeyd edib ki, 2024-cü ilin dekabr ayından bəri Azərbaycanın AQEM-ə sədrliyi dövründə Asiyada daha güclü əlaqələr olub.

Z.Ling vurğulayıb ki, Azərbaycan AQEM-də sədrliyi dövründə transformasiya prosesinin irəliləməsində liderlik nümayiş etdirib, təşkilatın davamlı inkişafını fəal şəkildə dəstəkləyib:

"AQEM-in regiondakı rolunun gücləndirilməsinə yönəlmiş innovativ yanaşmasına görə Azərbaycana çox minnətdarıq. Azərbaycan sədrliyinin son iki ildəki nailiyyətləri bu il oktyabrın 15-də Bakıda keçirilməsi planlaşdırılan AQEM-in 7-ci Sammiti ilə yekunlaşacaq. İnanırıq ki, bu tədbir növbəti mühüm mərhələ olacaq və üzv dövlətlərimizin əməkdaşlığını yeni zirvələrə qaldıracaq".

Oxşar xəbərlər

AQEM Gənclər Şurasının 9-cu iclası keçirilir
AQEM-in məqsədlərinin irəli aparılmasında Azərbaycanın sədrliyi yüksək qiymətləndirilib
AQEM: Azərbaycan nümunəvi liderlik nümayiş etdirir, regional əməkdaşlığa töhfə verir
Prezident AQEM-in Baş katibini qəbul edib
AQEM-in Qazaxıstanda yeni qərargahı açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər