Adrian Belutsel: Moldovanın MDB-nin yaradılması sazişindən çıxması qurumdan uzaqlaşmaq prosesinin bir hissəsidir
Moldova parlamentinin MDB-nin yaradılması və onun hüquqi statusu haqqında sazişlərdən çıxması barədə qanunu təsdiqləməsi qurumdan uzaqlaşmaq prosesinin bir hissəsidir.
Bunu "Sizinxeber.az"un Şərqi Avropa bürosuna açıqlamasında ölkənin hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatı, 2023-2025-ci illərdə Moldova Prezidenti Adminisrtasiyasının rəhbəri işləmiş Adrian Belutsel bildirib.
Onun sözlərinə görə, bununla belə MDB-yə üzv dövlətlərlə ikitərəfli əməkdaşlıq Moldova üçün prioritet olaraq qalır:
"Biz dost, açıq bir ölkəyik. Son illər ərzində MDB dövlətlərinin əksəriyyəti ilə iş dinamikasının yaxşılaşdığını görürük".
Deputat Moldovanın Azərbaycanla da çox yaxşı münasibətlərinin olduğunu qeyd edib:
"MDB ölkələri ilə ikitərəfli münasibətlər rəsmi Kişineu üçün mühüm prioritet olaraq qalır. Sadəcə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra vəziyyət dəyişib. Böyük faciə və ədalətsizliklər oldu. Bu həm də birbaşa MDB-nin nizamnaməsinə ziddir. Hamı başa düşür və bilir ki, MDB həmişə Rusiya mərkəzli təşkilat olub. Biz bu təşkilatın bir hissəsi olaraq qalmağın mənasını görmürük. Çünki hər dəfə ölkələrdən hər hansı biri müəyyən dərəcədə Rusiyanın xoşuna gəlməyən milli maraqlarını göstərəndə dərhal ona qarşı embarqo, siyasi təzyiq, bu ölkəyə qarşı hansısa hibrid hücumlar başlayır".
A.Belutsel vurğulayıb ki, MDB ölkələri üçün vizasız səyahət açıq olaraq qalır.
"Biz Moldovaya qarşı dost münasibət bəsləyən bütün ölkələrlə işləməyə açığıq. Eyni zamanda biznes, siyasi kommunikasiya, ümumilikdə, birlik üçün dost və açıq ölkəyik".
Oxşar xəbərlər
Moldova 2028-ci ildə Aİ-yə daxil olmaq üçün maksimim səy göstərəcək
Energetika naziri: Moldova Azərbaycanla qaz tədarükü üzrə uzunmüddətli saziş imzalamağa açıqdır
Moldovanın Baş prokuroru: Ekoloji cinayətlərə qarşı mübarizə təkbaşına aparıla bilməz
Moldova ABŞ-dən ixrac rüsumlarını təxirə salmağı xahiş edib
Moldova Rusiya kəşfiyyatının Dnestryanı bölgə ilə bağlı məlumatını təkzib edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
