Energetika naziri: Moldova Azərbaycanla qaz tədarükü üzrə uzunmüddətli saziş imzalamağa açıqdır
sizinxeber.az xəbər saytı

Energetika naziri: Moldova Azərbaycanla qaz tədarükü üzrə uzunmüddətli saziş imzalamağa açıqdır


Moldova Azərbaycanla qaz tədarükü üzrə uzunmüddətli saziş imzalamaq imkanını nəzərdən keçirməyə açıqdır.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Moldovanın energetika naziri Dorin Jungiyetu bildirib.

O qeyd edib ki, Trans-Balkan marşrutu ilə Azərbaycan qazının Ukraynaya tədarükü Moldovaya bu resursu əldə etməyə yol açır.

"Bu kontekstdə Moldava Respublikası gələcəkdə Azərbaycandan birbaşa qaz ala bilər. Kişineu bu istiqamətdə Azərbaycanla uzunmüddətli saziş imzalamaq imkanını nəzərdən keçirməyə açıqdır", - nazir bildirib.

O əlavə edib ki, belə bir sazişin imzalanması sadəcə ilk addımdır: "Növbəti mərhələ Moldova bazarında fəaliyyət göstərən “Energocom” və ya Azərbaycan qazını almaqda maraqlı olan digər lisenziyalı şirkətlər kimi kommersiya şirkətləri arasında qaz tədarükü ilə bağlı danışıqlara aiddir".

Nazir qeyd edib ki, Moldova daxili qaz bazarının liberallaşdırılmasını – ötən il başlanan prosesi dəstəkləyir.

"Bu proses tamamlanana qədər tədarükün təhlükəsizliyi və istehlakçıların qorunması prioritet olaraq qalır. Uzunmüddətli perspektivdə məqsəd hər bir istehlakçının tədarükçüsünü sərbəst seçə bilməsi və biz bazara yeni, etibarlı oyunçuların daxil olmasını təşviq edirik. Azərbaycan artıq özünü enerji sahəsində etibarlı tərəfdaş kimi təsdiqləyib", - D.Jungiyetu vurğulayıb.

Oxşar xəbərlər

Dorin Jungiyetu: "Moldova Azərbaycan qazının Trans-Balkan marşrutu ilə Ukraynaya tədarükünün başlamasını alqışlayıb"
Azərbaycanla Moldova arasında readmissiya haqqında saziş təsdiqlənib
Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş təsdiq edilib
Moldova SOCAR ilə 3 istiqamətdə əməkdaşlıqda maraqlıdır
Moldova Aİ-dən idxal kvotasını artırmaq hüququ əldə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər