Moldova 2028-ci ildə Aİ-yə daxil olmaq üçün maksimim səy göstərəcək
sizinxeber.az xəbər saytı

Moldova 2028-ci ildə Aİ-yə daxil olmaq üçün maksimim səy göstərəcək


Moldova Baş naziri Dorin Reçan hökumətin artıq 2028-ci ildə Avropa İttifaqına daxil olmaq üçün maksimum səy göstərməyə hazır olduğunu bildirib.

"Report"un məlumatına görə, bu barədə Moldova hökumətinin mətbuata açıqlamasında deyilir.

"Hökumət Moldovanın 2028-ci ilə qədər Avropa İttifaqına daxil olmağa hazır olması üçün əlindən gələni edəcək", - deyə Reçan Brüsseldə Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə görüşündə bildirib.

Məlumata görə, tərəflər Moldovanın Avropaya inteqrasiyası prosesində Avropa İttifaqının dəstəyini müzakirə ediblər.

Oxşar xəbərlər

Moldova Aİ ilə 1,9 milyard avronun cəlb edilməsi haqqında saziş imzalayıb
Aİ komissarı: Moldova Avropa ailəsinin bir parçasıdır və biz onun yanındayıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər