Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər


Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Baş nazir aparatının məlumatına istinadən Ermənistan KİV-i məlumat yayıb.

Paşinyan qeyd edib ki, ikitərəfli əməkdaşlıq gündəliyi ardıcıl olaraq genişlənir. M.Kos Aİ-nin ikitərəfli əməkdaşlıq çərçivəsində Ermənistanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Görüş zamanı həmsöhbətlər tərəfdaşlığın inkişafını, iqtisadi və investisiya proqramlarının genişləndirilməsi imkanlarını, həmçinin Ermənistan və Aİ ölkələri arasında viza rejiminin liberallaşdırılması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Həmçinin regional məsələlərə və İrəvanla Bakı arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara da toxunulub. Marta Kos Aİ-nin sülhə nail olmağa yönəlmiş səylərə tam dəstəyini vurğulayıb.

Tərəflər yüksək səviyyəli dialoqun davam etdirilməsinin və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə səylərin vacibliyini qeyd ediblər.

Oxşar xəbərlər

Paşinyan Aİ-nin baş katibi ilə Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib
Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
Marta Kos: Aİ Ermənistana islahatlar üçün 140 milyon avro ayırır
Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər