Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron bu gün Parisdə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər.
“Report” xəbər verir ki, Ermənistan hökumətindən verilən məlumata görə, Paşinyan görüşdə Azərbaycanla sülh müqaviləsi layihəsinin müzakirəsinin nəticələrinə toxunub və bu sənədin bəndlərinin 80 %-nin razılaşdırıldığını bildirib.
Paşinyan onu da vurğulayıb ki, Ermənistan suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regional kommunikasiyaları açmağa da hazırdır.
Tərəflər Paşinyan və Makron Ermənistan-Aİ əməkdaşlığını, o cümlədən Aİ-nin Ermənistandakı missiyasını, Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması, Avropa Sülh Fondunun Ermənistana dəstəyi ilə bağlı məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Paşinyan İranın vitse-prezidentinə Azərbaycanla sülh danışıqlarının gedişi barədə məlumat verib
Paşinyan Blinkenlə İrəvan və Bakı arasındakı sülh prosesini müzakirə edib
Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
