Marta Kos: Aİ Ermənistana islahatlar üçün 140 milyon avro ayırır
sizinxeber.az xəbər saytı

Marta Kos: Aİ Ermənistana islahatlar üçün 140 milyon avro ayırır


Avropa İttifaqı (Aİ) və Ermənistan Aİ-nin "Davamlılıq və inkişaf" proqramı çərçivəsində 2025-2027-ci illər üçün maliyyələşdirmə sazişi imzalayıb, bu saziş İrəvana 140 milyon avro ayrılmasını nəzərdə tutur.

"Sizinxeber.az" yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bu gün İrəvanda Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu vəsaitlər viza rejiminin liberallaşdırılması üçün zəruri olan islahatların həyata keçirilməsinə kömək edəcək.

M.Kos Ermənistanın Cənubi Qafqazda Aİ-nin etibarlı tərəfdaşı olduğunu vurğulayaraq, geosiyasi gərginlik fonunda regionun artan əhəmiyyətini qeyd edib.

O, həmçinin Ermənistanda qarşıdakı parlament seçkiləri mövzusuna toxunaraq, bu ilin Ermənistan demokratiyası üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb: "Biz (Avropa İttifaqı - red.) hibrid təhdidlərə qarşı mübarizədə və dezinformasiya ilə mübarizədə Ermənistana kömək edəcəyik".

M.Kos Ermənistan və Azərbaycanın sülh prosesi çərçivəsində atdığı addımları alqışlayıb, regional əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

Oxşar xəbərlər

Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Qriqoryan: Avropa İttifaqı Ermənistanın TBNM-ə qoşulmasına kömək edəcək
Aİ 2028-ci ilədək Ermənistana 270 milyon avro ayıracaq
Avropa Komissiyası Moldovaya təxminən 190 milyon avro ayırıb
XİN başçısı: Aİ Ermənistana 20 milyon avro ayrılmasını nəzərdən keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər