Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada hərbi qulluqçularımızın iştirakı ilə “Anadolu Qartalı - 2026” beynəlxalq taktiki-uçuş təlimi keçirilir.
Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri cəlb olunub.
Əvvəlcə iştirakçılara təlimin məqsədi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib.
Hərbi pilotlarımız təlimin planına uyğun olaraq mərhələlər üzrə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, yüksək peşəkarlıq nümayiş etdiriblər.
Qeyd edilib ki, təlimin əsas məqsədi iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə əməliyyat imkanlarının genişləndirilməsidir.
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" beynəlxalq təlimində iştirak edir
Azərbaycan hərbçiləri “Anadolu Qartalı - 2025” beynəlxalq təlimində iştirak ediblər - VİDEO
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub - VİDEO
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
“EFES - 2026” təlimində növbəti tapşırıqlar icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
