Aİ 2028-ci ilədək Ermənistana 270 milyon avro ayıracaq
sizinxeber.az xəbər saytı

Aİ 2028-ci ilədək Ermənistana 270 milyon avro ayıracaq


Avropa İttifaqı (Aİ) 2028-ci ilədək Ermənistanın iqtisadiyyatının dayanıqlılığını artırmaq üçün 270 milyon avro ayırmağı planlaşdırır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

"Avropa İttifaqı 2024-2027-ci illəri əhatə edən dayanıqlılıq və iqtisadi artım proqramı üçün Ermənistana 270 milyon avro ayırır. Bu, biznesə dəstəyi təmin edəcək, Ermənistan və Aİ arasında əlaqələri yaxşılaşdıracaq və islahat aparmaq səylərinə kömək edəcək. Lakin münasibətlərimiz iqtisadiyyatdan kənara çıxır. Biz, həmçinin həssas əhali qruplarına maliyyə, mənzil və psixososial dəstək göstəririk", - K.Kallas bildirib.

Oxşar xəbərlər

Kaya Kallas Mirzoyanla görüşüb
XİN başçısı: Aİ Ermənistana 20 milyon avro ayrılmasını nəzərdən keçirir
Kaya Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır
Kallas: Kiyevə 2 milyon mərmi tədarükü üçün Aİ-yə 5 milyard avro lazımdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle