Avropa Komissiyası Moldovaya təxminən 190 milyon avro ayırıb
Avropa Komissiyası islahatların və iqtisadi artımın dəstəklənməsi proqramı çərçivəsində Moldovaya 189 milyon avro ayırıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.
Vəsaitlər Moldovanın Avropaya inteqrasiya üzrə 24 islahatı həyata keçirməsindən sonra ayrılıb.
Ayrılmış ümumi məbləğdən 173 milyon avro birbaşa dövlət büdcəsinə daxil olacaq, daha 16 milyon avro isə Qonşuluq İnvestisiya Platforması vasitəsilə layihələrə yönəldiləcək. Bu tranş nəzərə alınmaqla Avropa Komissiyasının 2025-ci ildə Moldovaya göstərdiyi yardımın ümumi həcmi artıq 289 milyon avroya çatıb.
"Moldova yenidən Avropa İttifaqı (Aİ) qarşısında öhdəliklərini yerinə yetirib. Həyata keçirilən islahatlar real faydalar gətirir. Bizim vəsaitlərimiz birbaşa Moldova vətəndaşlarını dəstəkləyəcək və ölkənin Aİ-yə doğru yolunu davam etdirməsinə töhfə verəcək", - Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.
Qeyd olunub ki, Moldova tərəfindən həyata keçirilən əsas islahatlar kibertəhlükəsizliyin və fövqəladə hallara reaksiya sistemlərinin gücləndirilməsinə, dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının inkişafına, büdcə şəffaflığının artırılmasına, məhkəmə sisteminin gücləndirilməsinə və s. yönəldilib.
Oxşar xəbərlər
AK islahatlar üçün Moldovaya daha 50 milyon avro ayırıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Aİ Ukraynaya daha 148 milyon avro humanitar yardım ayırıb
Avropa Komissiyası Ukraynaya enerji infrastrukturu üçün 40 milyon avro ayırıb
Aİ Moldovaya 30 milyon avro ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
