Xəzər dənizində logistikanın inkişafı üçün əsas vəzifələr açıqlanıb
Xəzər dənizinin tamhüquqlu nəqliyyat körpüsünə çevrilməsi üçün liman və gəmiçilik infrastrukturunun əməliyyat səmərəliliyinin artırılmasına yönəlmiş məqsədyönlü işlərin aparılması tələb olunur.
"Sizinxeber.az"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Caspian Integrated Maritime Solutions" gəmiçilik şirkətinin baş direktoru Şerxan Suqurbekov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes forumunda keçirilən "Sərhədsiz Avrasiya: qitələrin kəsişməsində logistika habı" adlı sessiyada bildirib.
O vurğulayıb ki, Xəzər regionu nəqliyyat və logistika baxımından olduqca həssas olaraq qalır: "Əsas vəzifəmiz Xəzərdən keçən quru nəqliyyat sistemlərinin, o cümlədən dəmir yolu və avtomobil nəqliyyatı sistemlərinin maksimum dərəcədə səmərəli inteqrasiyasını təmin etməkdir. Son dövrdə bütün səylərimizi Xəzər dənizinin "dar boğaz" olmaqdan çıxmasına yönəldirik. Əminik ki, o, artıq körpüyə çevrilir və Orta Dəhliz, Şimal-Cənub dəhlizi kimi irimiqyaslı beynəlxalq marşrutların ayrılmaz halqası olur. Limanların, gəmiçiliyin inkişafı davam edir. Bütövlükdə mövcud infrastruktur artıq nəqliyyat sisteminin ehtiyaclarını tam şəkildə ödəməyə imkan verir. Bununla belə, həmkarlarımın vurğuladığı kimi, nəqliyyatçılar da oxşar məsələlər və çağırışlarla üzləşir".
Ş.Suqurbekov qeyd edib ki, ilk növbədə söhbət dəniz nəqliyyatı sistemləri üçün də aktual olan sinxronlaşdırma və koordinasiyanın zəruriliyindən gedir: "Xəzər marşrutunun etibarlı və proqnozlaşdırıla bilən bir körpü olması üçün yaxın dövrdə bütün logistika zəncirinin sabitliyinin təmin edilməsinə diqqət yetirməliyik. Limanların və gəmilərin əməliyyat səmərəliliyi əhəmiyyətli dərəcədə artırılmalıdır. Sözsüz ki, bütün bunlar hazırda fəal şəkildə hazırladığımız vahid rəqəmsal həllər və platformalarla birləşdirilməlidir. Əminik ki, bu gün atılan addımlar öz nəticəsini verəcək və Xəzər dənizi tamamilə etibarlı nəqliyyat körpüsünə çevriləcək".
Oxşar xəbərlər
Xəzər bölgəsindən nəqliyyat dəhlizləri… - Ərdoğan
"CFR Marfă": "Orta Dəhliz" bütün tərəflərə imkanlar, fürsətlər yaradır
Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu regionda yükdaşımaların həcmini artıracaq"
Hikmət Hacıyev Trans-Xəzər Forumunda Azərbaycanın Avrasiyanın nəqliyyat əlaqəsindəki rolundan danışıb
Bakı Limanında “Gadamly” yük gəmisinin qarşılanması...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Son tura start verilir
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
