XİN başçısı: Aİ Ermənistana 20 milyon avro ayrılmasını nəzərdən keçirir
Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondundan Ermənistana təqribən 20 milyon avro məbləğində vəsaitin ayrılmasını müzakirə edir.
“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan İrəvanda sloveniyalı həmkarı Tani Fayonla birgə mətbuat konfransında bildirib.
"Keçən il bu məbləğ 10 milyon avro idi, bu il isə bir qədər, yəni iki dəfə çoxdur", - o qeyd edib.
T.Fayon Ermənistan silahlı qüvvələrinə vəsaitin ayrılması təklifini dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, bunun üçün yekdil qərar qəbul edilməlidir.
Ötən ilin iyulunda Aİ Avropa Sülh Fondundan Ermənistana çadır düşərgəsi üçün 10 milyon avro məbləğində yardım ayırmışdı.
Oxşar xəbərlər
Fransa Ermənistana 29 milyon avro ayıracaq - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
