Tailandda spirtli içkilərin satışına qadağa qoyulub
sizinxeber.az xəbər saytı

Tailandda spirtli içkilərin satışına qadağa qoyulub


Tailand hakimiyyəti yerli seçkilərlə əlaqədar olaraq Banqkok və Pattayada 24 saat ərzində spirtli içki satışına tam qadağa qoyub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Seçki Komissiyası məlumat verib.

Qeyd olunub ki, məhdudiyyət 27 iyun şənbə axşamından 28 iyun bazar günü axşamına qədər qüvvədə olacaq.

Qadağa paytaxtdakı mağazalara, restoranlara, barlara və gecə klublarına, eləcə də turistlərin çox olduğu kurort şəhərinə şamil edilir. Burada 28 iyunda Banqkok qubernatoru, Pattaya meri və yerli şuralar üçün seçkilər keçiriləcək.

Səsvermə 28 iyunda yerli vaxtla saat 8:00-dan 17:00-dək (Bakı vaxtı ilə saat 5:00-dan 14:00-dək) ​​keçiriləcək.

Qadağanı pozanlar altı aya qədər həbs cəzası, 10.000 bata qədər (təxminən 300 dollar) cərimə və ya hər ikisi ilə cəzalandırılacaqlar.

Oxşar xəbərlər

İrlandiyada növbədənkənar ümumi seçkilər keçiriləcək
Kanada ABŞ istehsalı olan spirtli içkilərə qadağa tətbiq edir
Litvada parlamentə növbəti seçkilər keçiriləcək
Britaniyada regional seçkilər keçiriləcək
Tramp və Putinin görüşü sabah yerli vaxtla saat 11:30-da keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər