Hikmət Hacıyev: Qlobal Cənubun səsi daha güclü şəkildə eşidilməlidir
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev: Qlobal Cənubun səsi daha güclü şəkildə eşidilməlidir


“Qlobal Cənub qarşıdurma deyil, əməkdaşlıq və tərəfdaşlıq istəyir. Onların səsi eşidilməlidir”.

APA xəbər verir ki, bunu “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıqlar və Qərarvermə” tədbirində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyəti institutları arasında, eləcə də Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu oynayır: “Baş Assambleyanın açılış iclasında da qeyd etdiyim kimi, dünya dəyişir və yeni dünya nizamı formalaşmaqdadır. Bu prosesdə Qlobal Cənub öz səsini daha güclü şəkildə qlobal səviyyədə eşitdirməlidir. Qlobal Cənub qarşıdurma deyil, əməkdaşlıq və tərəfdaşlıq istəyir. Onun səsi eşidilməlidir. Bunun üçün isə vətəndaş cəmiyyəti institutları fəal olmalıdır”.

Oxşar xəbərlər

Hikmət Hacıyev: "Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər"
Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günü keçirilir - FOTO
Hikmət Hacıyev: Azərbaycan QHT-ləri Qlobal Cənub ölkələri ilə birgə layihələr icra edə bilərlər
Özbəkistan Parlamentinin komitə sədri: QHT-lərin səsi həm Parlamentlər, həm də Hökumətlər səviyyəsində eşidilməlidir
Hikmət Hacıyev: Azərbaycan Qlobal Cənub ölkələrinin qarşılaşdığı problemləri tam şəkildə anlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər