Natalya Koçanova: Belarus APA-ya müşahidəçi kimi qəbulu üçün dəstək gözləyir
Belarus Asiya Parlament Assambleyasına (APA) müşahidəçi kimi daxil olması üçün tərəflərdən dəstək gözləyir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Belarus parlamentinin sədri Natalya Koçanova qurumun fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində deyib.
Onun sözlərinə görə, Belarus çoxvektorlu xarici siyasət aparan sülhsevər dövlətdir:
"Biz dostluq və qonşuluq münasibətlərinə ciddi diqqət yetiririk. Beynəlxalq qurumlara üzv olmaq iqtisadi əlaqələrin genişləndirilməsinə, mədəni əlaqələrin inkişafına böyük töhfə verib. XXI əsrdə bölünməz dünya qurmaq çox vacibdir. Ona görə də bir ölkənin daxili işlərinə kənar qüvvələrin təsir göstərə bilməməsi üçün birlikdə strategiya hazırlamalıyıq".
Oxşar xəbərlər
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib
Oman parlamentinin sədri: APA-ya üzv kimi dünyanı sülhə, əmin-amanlığa səsləyəcəyik
Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başlayır
Belarus MSK-nın sədri seçkiləri izləmək üçün Bakıya gəlib
Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













