Zaxarova erməni jurnalistin təxribatçı sualına görə qəzəblənib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistandan olan jurnalistin guya Azərbaycanın Qarabağda tarixi abidələri, eləcə də Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş abidələri dağıtması ilə bağlı sualını təhqir adlandırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarova erməni jurnalistdən digər ölkələrdə sökülən sovet əsgərlərinin abidələrinin onları niyə maraqlandırmadığını soruşub.
“Sizin bu barədə bir dənə də materialınızın olduğunu heç vaxt eşitməmişəm, görməmişəm. Ukraynada sökülən abidələr, məzarlar arasında Qırmızı ordunun erməni kökənli əsgərləri olmayıb bəyəm? Heç vaxt bu barədə sualınızı, danışmaq istəyinizi eşitməmişəm. Niyə? Biz çox yaxşı başa düşürük ki, siz hansı kontekstdə və niyə bu mövzunu qaldırırsınız. Bunu etmək lazım deyil. Bu, artıq hörmətsizlikdir, təhqir etməkdir. Mənə belə suallar vermək, müntəzəm olaraq bu barədə suallar vermək... Bir daha deyirəm ki, Qırmızı ordunun sizin həmvətəniniz olan əsgərlərinin xatirəsi Avropa İttifaqı ölkələri ərazisində müntəzəm olaraq təhqir olunur. Siz hardasınız? Hanı sizin reaksiyanız? Ancaq bizim ölkəmiz çıxır və bütün mümkün vasitələrlə onları müdafiə edir. Siz nə danışırsınız? Bu artıq sərhədi aşmaq deməkdir. Bir daha deyirəm, bu, kəskin məsələ, çətin mövzu deyil. Bu, hörmətsizlikdir”, - Zaxarova vurğulayıb.
Oxşar xəbərlər
Zaxarova: Qarabağda Azərbaycan bayrağı dalğalanır
Mariya Zaxarova erməni jurnalistin təxribat xarakterli sualına sərt cavab verib
Mariya Zaxarova Rusiya-Azərbaycan münasibətləri barədə sual verən erməni jurnalisti tənqid edib
Zaxarova: Rəsmi İrəvanın özünü daha üçtərəfli razılaşmaların bir hissəsi hesab etmədiyini dediyini eşitməmişəm
Rusiya XİN: Xankəndi Azərbaycan ərazisidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













