Mariya Zaxarova Rusiya-Azərbaycan münasibətləri barədə sual verən erməni jurnalisti tənqid edib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalisti sərt tənqid edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə ona Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik, səfirlərin qarşılıqlı olaraq xarici işlər nazirliklərinə çağırılması, guya Azərbaycanda anti-Rusiya siyasəti aparılması ilə bağlı ona sual ünvanlayan Ermənistan media nümayəndəsini absurd suallar verməməyə çağırıb.
“Yəni, siz başa düşmürsüz ki, Ermənistan KİV nümayəndəsinin dilindən Rusiyanın Azərbaycandakı səfirinin və ya Azərbaycanın Rusiyadakı səfirinin çağırılması, Rusiya-Azərbaycan ikitərəfli gündəliyə aid olan məsələnin səslənməsi absurd görsənir. Düşünürdüm ki, siz məndən Davosda səslənən “erməni soyqırımı” bəyanatı haqqında soruşacaqsız. Biz Azərbaycanla ikitərəfli münasibətlərimizi necə qururuq, iki ölkə mövcud problemləri necə həll edir, münasibətləri necə inkişaf etdirir, münasibətlərdəki çətinliklərin qarşısını necə alır, bunun Ermənistan mediası nümayəndəsi tərəfindən soruşulması absurddur. Niyə Ermənistan KİV nümayəndələri istisnasız olaraq Rusiya nümayəndələrinə Rusiya-Ermənistan problematikası barədə deyil, başqa ölkə ilə ikitərəfli münasibətlər haqqında sual verir. Azərbaycan media nümayəndələri belə etmir. Bizim ötən brifinqlərimizə baxa bilərsiz. Azərbaycan KİV-lərinin sualları bizim ikitərəfli gündəliyimizə aid olub. Əlbəttə ki, bu suallar həm də Bakı-İrəvan münasibətlərinin normallaşması prosesinə aid olub. Lakin azərbaycanlı jurnalistləri ilk növbədə Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, ya da ümumilikdə beynəlxalq gündəm maraqlandırır”.
Zaxarova bununla belə erməni jurnalistin hər bir sualına cavab verə biləcəyini söyləyib. O, məlum suallar bağlı bir neçə gün bundan qabaq Rusiya XİN-nin yaydığı məlumatı təkrarlayıb


width="220" alt="Zaxarova: Qarabağda Azərbaycan bayrağı dalğalanır" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />