Sergey Narışkin Hakan Fidanla görüşdüyünü açıqlayıb
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdüyünü təsdiqləyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, SVR direktoru TASS-a Hakan Fidan ilə görüşün keçirildiyini, görüş zamanı ikitərəfli münasibətlərin müzakirə edildiyini bildirib.
"Fidan uzun illər Türkiyənin kəşfiyyat xidmətinə rəhbərlik etdiyi üçün geniş əlaqələrimiz var. O, çox yaxşı, düşüncəli, böyük təcrübəyə malik peşəkar tərəfdaşdır. Ona görə də onunla görüşmək mənim üçün çox xoş idi, baxmayaraq ki, o, artıq xarici işlər naziri vəzifəsindədir və ümid edirəm ki, bu, ona da xoş oldu", - Narişkin vurğulayıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 25-27 may tarixlərində Moskvada səfərdə olub.
Oxşar xəbərlər
Hakan Fidan Moskvada Lavrovla görüşəcək
Hakan Fidan Lavrovla Ukraynadakı vəziyyəti müzakirə edib
Hakan Fidan Qətərdə yunanıstanlı həmkarı ilə görüşüb
Hakan Fidan Yunanıstanın xarici işlər naziri ilə görüşüb
Lavrov Ukraynanın “Türk axını” qaz kəmərinə hücum cəhdini Hakan Fidanla müzakirə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
