Rusiya və ABŞ nümayəndələri martın 24-də Ər-Riyadda görüşəcək
Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar martın 24-də Ər-Riyadda baş tutacaq. Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, ekspert qrupunun məsləhətləşmələrində nümayəndə heyətinə senator Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.
"ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts dünən aramızdakı telefon danışığı barədə məlumat verib. Mən təsdiq etmək istərdim ki, belə bir söhbət həqiqətən də olub. Uolts və mən müntəzəm olaraq telefonla danışırıq. Deyərdim ki, bu ünsiyyət hər iki tərəf üçün çox faydalıdır.
Bu dəfə Rusiya və ABŞ prezidentləri arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, biz iki ölkənin ekspert qruplarının görüşünün keçirilməsi məsələsini müzakirə etdik, ilkin olaraq Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı məlum təşəbbüsün mümkün həyata keçirilməsi perspektivlərini işləyib hazırladıq. Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, 2022-ci ilin iyulunda BMT-nin Baş katibi Antonio Quterreşin yardımı və iştirakı ilə müvafiq paket sazişləri bağlanıb, lakin bu sazişlər heç vaxt tam qüvvəyə minməyib.
Biz cənab Uolts ilə razılaşdıq ki, bu məsələ ilə bağlı ikitərəfli formatda məsləhətləşmələr prezidentlər tərəfindən təyin olunan ekspertlər tərəfindən aparılacaq. Bu məsləhətləşmələr bazar ertəsi, martın 24-də Ər-Riyadda baş tutacaq. Danışıqlarda Rusiya tərəfdən Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda iştirak edəcək. Bunlar beynəlxalq məsələləri yaxşı başa düşən həqiqətən təcrübəli danışıqlarçılardır. Ümid edirik ki, bazar ertəsi keçiriləcək məsləhətləşmələr məhsuldar olacaq", deyə Putinin köməkçisi qeyd edib.
Oxşar xəbərlər
ABŞ nümayəndə heyəti gələn həftə Ər-Riyadda Ukrayna rəsmiləri ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putinin köməkçisi: Ər-Riyadda danışıqlar ikitərəfli olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uşakov: Tramp-Putin görüşü çətin ki, gələn həftə baş tutsun [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları başa çatıb- VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trampın müşaviri Putinin köməkçisi ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












