Kreml ABŞ vitse-prezidentinin hədələrinə münasibət bildirib
sizinxeber.az xəbər saytı

Kreml ABŞ vitse-prezidentinin hədələrinə münasibət bildirib


Kreml ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Amerika qoşunlarını Ukraynaya göndərməklə bağlı hədələrinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vensin ABŞ qoşunlarını Ukraynaya göndərməklə bağlı hədələrini və anti-Rusiya sanksiyalarını qarşıdakı təmaslar zamanı aydınlaşdırılmalı olan Amerika mövqeyinin yeni elementləri adlandırıb.

"Amerika mətbuatındakı müsahibələrə gəlincə, bunlar Vaşinqtonun mövqeyinin yeni elementləridir. Biz əvvəllər belə ifadələr eşitməmişik, onlar əvvəllər səsləndirilməyib", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov ABŞ ilə qarşıdakı təmaslar zamanı bəzi əlavə aydınlaşdırmalar alacaqlarına ümid etdiklərini söyləyib.

Oxşar xəbərlər

Peskov: ABŞ qoşunlarının Ukraynaya göndərilməsi imkanına dair bəyanata aydınlıq gətirilməsini gözləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov Trampın Ukraynanın Rusiyanın bir hissəsi ola biləcəyi ilə bağlı sözlərinə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov Trampın Qəzza ilə bağlı açıqlamalarına münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Kreml Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml İranın Rusiyaya raket tədarükü ilə bağlı yayılan məlumatlara münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər