Peskov Trampın Qəzza ilə bağlı açıqlamalarına münasibət bildirib
Kreml ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı açıqlamalarına münasibət bildirib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Trampın Qəzza sakinlərinin köçürülməsi və orada kurort yaradılması təklifini eşitdiyini söyləyib.
Onun sözlərinə görə, Rusiyanın Yaxın Şərq nizamlanması ilə bağlı mövqeyi yaxşı məlumdur.
“Nizamlanma yalnız iki dövlət əsasında baş tuta bilər. Bu, BMT-də təsbit edilmiş və bu problemlə məşğul olan ölkələrin əksəriyyəti tərəfindən dəstəklənən tezisdir. Biz bu mövqedən çıxış edirik və bunun yeganə mümkün variant olduğuna inanırıq. Köçürmə mövzusuna gəlincə, bəli, biz Trampın açıqlamalarını eşitmişik. İordaniyanın paytaxtı Omandan, Misirin paytaxtı Qahirədən belə bir ideyanın rədd edilməsi bəyanatlarını da eşitmişik və görmüşük. Hələlik biz Yaxın Şərqdə baş verənlərə belə baxırıq”, deyə Kremlin sözçüsü vurğulayıb.
Oxşar xəbərlər
Kreml: Moskva hələ də Putin və Trampın təmasları ilə bağlı ABŞ-dən siqnal almayıb
Kreml Trampın Moskvaya qarşı mümkün sanksiyalarla bağlı açıqlamalarını şərh edib
Kreml: Putin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır
Kreml: Orban Putinə Trampın mesajlarını çatdırmayıb
Peskov: Kreml Şoltsun Ukrayna ilə bağlı “sülh planı”nı mediadan eşidib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













