Peskov: Gürcüstanın daxili işlərinə qarışmırıq
Rusiya Gürcüstanın daxili işlərinə heç bir şəkildə qarışmır və bunu etmək niyyətində deyil.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Gürcüstan prezidentinin ölkəni “Rusiya hökuməti”nin idarə etməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.
"Gürcüstan bizim qonşumuzdur. Bilirsiz ki, münasibətlərimizdəki bütün fəsadlar cəmiyyət və xalqlar arasında humanitar əlaqələrin inkişafına mane olmur. İnsanlar Gürcüstandan Rusiyaya, Rusiyadan Gürcüstana getməyə davam edir. Seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Biz Qərb dövlətlərinin Gürcüstanın hazırkı hakimiyyətinə açıq şəkildə təzyiq göstərmək cəhdlərini görürük. Onlar seçki kampaniyasının gedişatına üstüörtülü deyil, birbaşa təsir göstərirlər. Bizə gəlincə, biz Gürcüstanın daxili işlərinə heç bir şəkildə qarışmırıq, bunu etmək niyyətində deyilik", deyə Kremlin sözçüsü vurğulayıb.
Oxşar xəbərlər
Peskov: Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: ABŞ Türkiyəyə açıq təzyiq göstərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Kremldə "Telegram"dan xidməti məqsədlər üçün istifadə edilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Ukrayna ilə danışıqlar mövzusu aktuallığını itirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Kremldə Teleqramdan xidməti məqsədlər üçün istifadə edilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












