Litvada Belarusla sərhəddə alman hərbçiləri üçün kazarmaların tikintisinə başlanılıb
Litvada Belarusla sərhəd yaxınlığında alman hərbi qulluqçularının yerləşdirilməsi üçün kazarmaların tikintisinə başlanılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Bildirilib ki, söhbət Almaniyanın İkinci Dünya Müharibəsindən sonra ölkə xaricində ilk daimi bazasının yaradılmasından gedir.
“Bu həftə Litvada, Belarusla sərhəd yaxınlığında, 2027-ci ilə qədər təxminən dörd min Bundesver əsgərinin yerləşəcəyi Alman ordusunun yeni kazarmalarının tikintisinə başlanılıb”, deyə qəzet yazıb.
Financial Times-ın qeyd etdiyi kimi, bu hadisənin "qəzəb" yaradacağı gözlənilirdi, lakin Almaniyanın Ukraynaya hərbi dəstəyinin kəsilməsi ilə bağlı bəyanatların kölgəsində qaldı, hansı ki, bu, Berlinin gücünü deyil, zəifliyini nümayiş etdirdi.
Oxşar xəbərlər
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Financial Times: ABŞ Rusiyaya hərbi məhsul ixracatını dayandırması üçün Türkiyəyə xəbərdarlıq edib
Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
Putin Belarusla vahid enerji bazarının formalaşması barədə sənədi təsdiqləyib
Zaxarova Britaniya səfirini XİN-ə çağırılmaqla hədələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













