Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
sizinxeber.az xəbər saytı

Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib


Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən xəbərə görə, “Elite Events Hall”da Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 avqust 2024-cü il tarixli sərəncamları şəxsi heyətə elan edilib, zabitlərə ali hərbi rütbələr təqdim olunub, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndirilib.

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin əlamətdar gün münasibətilə hazırladığı bayram konsertini izləyib, tədbir iştirakçılarına Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərənnüm edən “Sözümüz imzamızdır” sənədli filmi nümayiş olunub.

Oxşar xəbərlər

Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif olunub - SƏRƏNCAM
SHXÇDX əməkdaşlarına tibbi xidmət DSX tərəfindən göstəriləcək
İranla sərhəddə silahlı insident olub, 2 sərhədçimiz xəsarət alıb, iki ölkə nümayəndələri hadisə yerində görüşüb - FOTO
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Hərbi Prokurorluq və DSX Zaqatalada birgə tədbir keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle