Putin Belarusla vahid enerji bazarının formalaşması barədə sənədi təsdiqləyib
Rusiya Prezidenti Vladimir Putin İttifaq müqaviləsi çərçivəsində Belarusla vahid enerji bazarının formalaşması barədə sənədin təsdiqinə dair fərman imzalayıb.
APA-nın TASS-a istinadən xəbərinə görə, sənədin icrasına nəzarət Rusiyanın Energetika Nazirliyinə tapşırılıb.
Bir qədər əvvəl nazirlik vahid enerji bazarının formalaşdırılması layihəsi üzrə ilkin mərhələnin başlanmasına tam hazır olduqlarını açıqlayıb. Bildirilib ki, enerji sisteminin inteqrasiyası, Vahid Dispetçer İdarəetmə Mərkəzinin yaradılması və bu proseslərin sinxronlaşdırılması üzrə işlər isə tədricən həyata keçiriləcək.
Qeyd edək ki, Belarus sözü gedən sənədi 2023-cü ilin noyabrında təsdiqləyib. Bildirilib ki, müqavilənin mətni tam razılaşdırılıb və hər iki ölkənin dövlət başçıları onu imzaladıqdan sonra qüvvəyə minəcək.
Oxşar xəbərlər
Mahmud Abbas yaxın zamanda Türkiyəyə səfər edə bilər
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib
Ukrayna kömür hasilatını dayandırdığını elan edib
Putin Türkiyəyə səfər edəcək
Pirsaatda 300 hektardan çox torpaq günəş elektrik stansiyası üçün ayrılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













