Zaxarova Britaniya səfirini XİN-ə çağırılmaqla hədələyib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniya səfirini ölkədə prezident seçkiləri ilə bağlı paylaşımına görə Xarici İşlər Nazirliyinə çağırılacağı ilə hədələyib.
APA xəbər verir ki, Zaxarova bu barədə “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya tərəfi ölkədə prezident seçkilərinə müdaxilə cəhdlərinin qeydiyyatını diqqətlə aparır.
“Onu (Böyük Britaniya səfirini -red) görmək bizə zövq vermir, amma buna son qoyulmasa, bunun qarşısının alınması üçün onu çağıra bilərik”, - deyə Rusiya rəsmisi qeyd edib.
Zaxarovanın şərhinə səbəb Böyük Britaniya səfirliyinin Krım, “LPR”, “DXR”, Zaporojye və Xerson vilayətlərində Rusiya prezident seçkilərində səsvermə ilə bağlı bəyanatı olub.
Qeyd edək ki, Böyük Britaniya səfirliyi "Telegram" kanalında "Rusiyanın Ukraynaya məxsus Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərində, eləcə də Krımda seçki keçirməsi üçün heç bir hüquqi əsası yoxdur. Bu ərazilərin hamısı Ukraynanın tərkib hissəsidir", - yazıb.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanında nüvə beşliyi ölkələrinin işçi görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Narışkin: Aleksey Navalnı öz əcəli ilə ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: Belqorordun atəşə tutulması terror aktıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa Ukraynaya 150 PUA və altı "Caesar" haubitsası göndərməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Ermənistanın Aİİ-yə sədrliyini Moskva üçün təhlükə hesab etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












