Komitə sədri: Mənzil təminatı sadəcə sosial məsələ deyil
“Mənzil təminatı sadəcə sosial məsələ deyil. Bu problem tək faktorla ortaya çıxmır”.
Sizinxeber.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə doğru” tədbirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, çətinliklərin miqyası və mürəkkəbliyinə görə müəyyən yollar tapılmalıdır: “Daha sürətli şəkildə şəhərsalma planlaşması və miqrasiya baş verir. Qeyri-rəsmi məskunlaşmanın həcmi genişlənir. Çoxtərəfli əməkdaşlıq bu nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Müxtəlif regionların təcrübələri də bunu göstərir. İdarəetmə təkmilləşdirilməli, inkişaf bankları, özəl sektor, QHT-lər bura cəlb edilməlidir. Maliyyələşmə bu sahədə ən ciddi problemlərdən biridir. İnnovativ maliyyələşmə mexanizmləri vacibdir. Dayanıqlı mənzil təminatı üçün inteqrasiyalı plan lazımdır. Həyat səviyyəsinin inkişafı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bunun ən yaxşı nümunəsini azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərimdə görə bilərik”.
Oxşar xəbərlər
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
Dövlət Komitəsinin nümayəndə heyəti Nayrobidə BMT-nin tədbirində iştirak edir
Koalisiya sədri: Mənzil probleminin həlli üçün qurumlar birgə tədbirlər həyata keçirməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
