Ukrayna Krasnodarda limanı raketlə vurub, III dərəcəli yanğın təhlükəsi elan edilib - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ukrayna Krasnodarda limanı raketlə vurub, III dərəcəli yanğın təhlükəsi elan edilib - VİDEO - YENİLƏNİB


Ukraynanın Rusiyanın Krasnodar diyarında yerləşən "Qafqaz" limanını raketlə vurması nəticəsində baş verən yanğına üçüncü dərəcə verilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Kuban əməliyyat qərargahından bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin raket hücumu zamanı zədələnən gəmidə 30 yanacaq çəni olub. Hazırda alovun söndürülməsinə 100-dən çox adam cəlb olunub.

Fövqəladə hallar xidmətindən verilən məlumata görə, həmin vaxt bərədə ola biləcək 5 nəfərin taleyi aydınlaşdırılır.

O da bildirilib ki, raketin düşdüyü gəmi-bərə “Qafqaz” limanının sularında batıb.

Limanın öz ərazisində yanğın mənbələrinin olmadığı açıqlanıb.

***

18:32

Ukrayna Krasnodar diyarının Temryuk rayonundakı “Qafqaz” limanına hücum edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.

Ukrayna raketinin "Conroe Trader" dəmiryol bərəsinə düşdüyü bildirilib. Onun göyərtəsində neft sisternlərinin olduğu da məlumatlar arasındadır.

Hücumun Odessa vilayəti ərazisindən törədildiyi bildirilirb.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

İnsidentlə əlaqədar Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.

Oxşar xəbərlər

Ukrayna Krasnodarda limanı raketlə vurub, Krım körpüsü müvəqqəti bağlanıb
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib
Kreml: Belqoroda raket hücumu barədə Putinə məruzə olunub
Ukraynanın hər yerində hava həyəcanı elan edilib
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər