Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib
Ukrayna hökuməti Çinin xarici işlər naziri Vanq İni Kiyevə dəvət edib.
APA Ukrayna mətbuatına istinadən xəbər verir ki, barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat konfransında deyib.
O bildirib ki, Pekin bu təklifdə "maraqlı olduğunu" bildirib.
"Rusiyanın ölkəmizə qarşı təcavüzünün nəticələrini öz gözləri ilə görmək və bir sıra ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə daha dərin ikitərəfli danışıqlar aparmaq üçün nazir Van İni Ukraynada salamlamağa hazırıq", - Xarici İşlər Nazirliyinin sözçüsü Heorhii Tıxyi deyib.
Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba keçən həftə Çinə səfər edib və çinli həmkarı ilə görüşüb. Tərəflər arasında görüş üç saatdan çox davam edib.
Çin müharibədə neytral mövqe tutduğunu bəyan edir, lakin 2022-ci ildə Rusiya ilə “məhdudiyyətsiz” tərəfdaşlıq elan edib və bu ilin may ayında prezident Vladimir Putin Pekində səfərdə olub.
Oxşar xəbərlər
Ukrayna XİN başçısı Çinə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken həmkarına Çinin Rusiyaya verdiyi hərbi dəstəyə görə narahatlığını bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell Çinin xarici işlər naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kuleba: Ukrayna Rusiya ilə danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












