Rusiya XİN: Ermənistanda sabitliyin KTMT-dən alternativ təminatçısı yoxdur
sizinxeber.az xəbər saytı

Rusiya XİN: Ermənistanda sabitliyin KTMT-dən alternativ təminatçısı yoxdur


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə tərəfdaşlıqdan yayınmaq Ermənistanın milli təhlükəsizliyini əhəmiyyətli dərəcədə zəiflədir.

APA-nın məlumatına görə, bunu RİA “Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin I MDB Ölkələri Departamentinin direktoru Mikael Aqasandyan deyib.

Onun sözlərinə görə, indiki məqamda Ermənistanda sabitliyin KTMT-dən alternativ təminatçısı yoxdur:

“Hazırda Ermənistanda KTMT ilə əməkdaşlıqdan yayınma meylləri hökm sürür. Onların bu cür mövqeyi erməni xalqının maraqlarına ziddir. Çünki bu yanaşma ölkənin milli təhlükəsizliyini zəiflədir. Ermənistanda sabitliyin KTMT və Rusiyadan başqa alternativ təminatçısı mövcud deyil. KTMT çərçivəsində qəbul edilən müştərək öhdəliklər də dəyişməz qalır”.

Oxşar xəbərlər

Ermənistan KTMT-nin “Qarşılıqlı fəaliyyət-2024” təlimlərindən də imtina edib
KTMT: Ukraynadakı müharibənin təşkilatın məsuliyyət zonasına keçidi eskalasiyanın yeni mərhələsidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər