Nikol Paşinyan: “Erməni Soyqırımı” bu gün Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil
“Erməni Soyqırımı” bu gün Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil.
Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə müsahibəsində bildirib.
O, bunun tarixlə bağlı olduğunu qeyd edib.
Paşinyan Türkiyə ilə münasibətlərin normallaşma prosesinə də diqqət çəkərək bəzi müsbət addımların atıldığını qeyd edib: “Bu, sadəcə zaman məsələsi olacaq və təbii ki, müxtəlif şəraitlərdən təsirlənəcək. Bu normallaşma daha üç ay, altı ay və ya bir il gecikə bilər. Amma bu gün mənim anlayışım belədir ki, bu yalnız zaman məsələsidir və biz bu prosesdə səbirlə davam etməliyik. Hər şeydən əvvəl zərər verməmək prinsipini qəbul etməliyik. Əgər biz bu prosesə bilərəkdən zərər vurmasaq, məncə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması artıq an məsələsidir”, - Paşinyan vurğulayıb.
Oxşar xəbərlər
Paşinyan: "Soyqırımı"nın gündəmə haradan düşdüyünü anlamaq lazımdır
Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh üçün çox mühüm təməllər qoyulub
Paşinyan Lavrovun açıqlamasını vecinə almadı
Paşinyan: "Ermənistanda NATO-ya daxil olmaq məsələsi müzakirə edilmir"
Şolts və Paşinyan Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













