Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
sizinxeber.az xəbər saytı

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO


Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

Oxşar xəbərlər

Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - VİDEO
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Azərbaycan Ordusunun helikopterləri döyüş hazırlığı məşqləri keçirib - VİDEO
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle