Vaşinqton və Pekin ixrac məhdudiyyətlərinin bir hissəsinin ləğvi planını razılaşdırıblar
sizinxeber.az xəbər saytı

Vaşinqton və Pekin ixrac məhdudiyyətlərinin bir hissəsinin ləğvi planını razılaşdırıblar


ABŞ və Çin nümayəndələri Londonda keçirilmiş danışıqlarda ikitərəfli ticarətdə məhdudiyyətlərin qismən aradan qaldırılması və ÇXR-dən nadir torpaq metallarının tədarükünün təmin edilməsi barədə sövdələşmələrin həyata keçirilməsi planını razılaşdırıblar.

“Report” “NBC News”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik jurnalistlərə bildirib.

“Biz Cenevrə konsensusunun həyata keçirilməsi üçün çərçivə razılaşmalarına nail olduq”, – o, mayın 10-11-də Cenevrədə əldə edilmiş qarşılıqlı rüsumların qismən azaldılması barədə razılaşmaları nəzərdə tutaraq qeyd edib.

Latnikin sözlərinə görə, tərəflərin razılaşdırdığı plan ABŞ Prezidenti Donald Tramp və ÇXR sədri Si Cinpinin təsdiqinə təqdim ediləcək.

“Biz bu çərçivə razılaşmalarının həyata keçirilməsinə Prezident Tramp və <...> ÇXR sədri tərəfindən təsdiqləndikdən sonra başlayacağıq. Biz, şübhəsiz ki, nadir torpaq metalları və maqnitlər məsələsinin ABŞ-yə tədarüklərinə münasibətdə razılaşmaların çərçivə həyata keçirilməsi yolu ilə həll olunacağını gözləyirik”, – Latnik vurğulayıb.

Oxşar xəbərlər

Londonda ikigünlük ABŞ-Çin ticarət danışıqları yekunlaşıb
Çin ABŞ-yə nadir torpaq metal tədarükünü bərpa etməyə razılaşıb
Tramp Si Cinpinlə telefon danışığı aparacaq
WSJ: Tramp maliyyə nazirinə Çinlə ixrac məhdudiyyətlərinin yumşaldılmasını müzakirə etməyi tapşırıb
Tramp ticarət naziri vəzifəsinə Hovard Latnikin namizədliyini irəli sürəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər