Tramp Si Cinpinlə telefon danışığı aparacaq
sizinxeber.az xəbər saytı

Tramp Si Cinpinlə telefon danışığı aparacaq


ABŞ Prezidenti Donald Tramp bu həftənin sonunda Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı aparmağı planlaşdırır.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə ABŞ lideri Ağ Evdə jurnalistlərə bildirib.

"Mən Sədr Si ilə, yəqin ki, həftə sonu danışacağam", - Tramp ABŞ və Çin arasında ticarət sahəsində əldə edilmiş razılaşmaları şərh edərkən bildirib.

Qeyd edək ki, bu gün ABŞ və Çin rüsumların qarşılıqlı olaraq 90 gün müddətinə azaldılması barədə razılığa gəlib. ABŞ-nin maliyyə naziri Skott Bessent Cenevrədə aparılan danışıqların yekunu üzrə bildirib ki, razılaşmaya əsasən, Vaşinqton Çin mallarına tətbiq edilən rüsumları 145 %-dən 30 %-ə, Pekin isə 125 %-dən 10 %-ə endirəcək.

Oxşar xəbərlər

ABŞ və Çin rüsumların 90 gün müddətinə azaldılması barədə razılığa gəlib
Tramp Meksika mallarına rüsumları bir ay müddətinə dayandırıb
Tramp və Si Cinpin arasında telefon danışığı olub
Tramp tezliklə Putinə zəng etməyi planlaşdırır
Putin Çin lideri ilə gözlənilən telefon danışığı barədə məlumat verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər