Çin ABŞ-yə nadir torpaq metal tədarükünü bərpa etməyə razılaşıb
Çin Sədri Si Cinpin ABŞ-yə nadir torpaq metallarının tədarükünü bərpa etməyə razılaşıb.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Nyu-Cersiyə uçan təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.
O, Si Cinpinin ABŞ-yə nadir torpaq metal tədarükünü bərpa etməyə razı olub-olmaması ilə bağlı suala müsbət cavab verib. "Çin ilə razılaşmada çox yaxşı irəliləyiş əldə etdik. Biz aydınlıq istəyirdik", - o, ABŞ və Çin nümayəndələrinin Londonda gözlənilən görüşü barədə danışarkən deyib.
Tramp Çin lideri ilə yaxşı söhbət etdiyini vurğulayıb. "Bu, mürəkkəb müqavilədir, lakin bu, bizə çoxlu pul və bir çox başqa şeylər qazandıracaq bir razılaşmadır", - Tramp Pekinlə razılaşmalardan danışarkən əlavə edib.
Oxşar xəbərlər
Tramp İranı uranı zənginləşdirəcəyi təqdirdə fəsadlarla hədələyib
Rusiya və ABŞ nadir torpaq metalları üzrə danışıqlara başlayıb
Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik
Tramp: Ukrayna istənilən vaxt resurslarla bağlı sazişi imzalamağa hazırdır
ABŞ lideri Zelenskiyə xəbərdarlıq edib, İranı isə sanksiya ilə hədələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













