Londonda ikigünlük ABŞ-Çin ticarət danışıqları yekunlaşıb
ABŞ və Çin rəsmiləri Londonda ticarət danışıqlarını yekunlaşdırıblar.
"Report" xəbər verir ki, bu barədə "Reuters" adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
İyunun 9-da başlayan danışıqlarda Çin tərəfini Baş nazirin müavini Xe Lifen təmsil edib. ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir daxil idi.
Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-dan 11-dək Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb. Həmin görüşdə Pekin və Vaşinqton may ayına qədər məbləği 100 %-i ötmüş qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, iyunun 5-də Çin sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Onlar mümkün qədər tez bir zamanda ticarət-iqtisadi danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəliblər.
Oxşar xəbərlər
ABŞ və Çin iyunun 10-da Londonda ticarət danışıqlarını davam etdirəcək
Çinlə ABŞ arasında ticarət danışıqları Britaniyada keçiriləcək
Londonda Çin və ABŞ arasında ticarət məsələlərinə həsr olunmuş ilk iclas başlayıb
ABŞ və Çin Londonda ticarət üzrə fikir ayrılıqlarını müzakirəyə çıxaracaqlar
Tramp: ABŞ və Çin arasında ticarət danışıqları keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













