Bloomberg: ABŞ maliyyə naziri Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə irəli sürülür
sizinxeber.az xəbər saytı

Bloomberg: ABŞ maliyyə naziri Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə irəli sürülür


ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı müşavirlər maliyyə naziri Skott Bessentin Federal Ehtiyat Sisteminin (Fed) sədri vəzifəsinə namizədliyini daha fəal şəkildə irəli sürürlər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırkı Fed sədri Cerom Pauellin səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır. Trampın sözlərinə görə, varisi “ən yaxın zamanda” elan ediləcək. Nəzərdən keçirilən namizədlər arasında Fed-in İdarə Heyətinin keçmiş üzvü Kevin Uorş var ki, Tramp onu maliyyə naziri vəzifəsinə təyin etmək istəyirdi. Agentliyə görə, indi siyahıya Bessent də daxil edilib.

ABŞ maliyyə naziri Fed sədrinin seçilməsi prosesində əsas rol oynayır. Bessent administrasiyanın iqtisadi blokunun rəhbəridir və Çinlə ticarət sazişi üzrə danışıqlarda fəal iştirak edir. Trampın keçmiş baş müşaviri (2017-ci il) Stiv Bennonun sözlərinə görə, “Bessent qeyri-sabitlik şəraitində belə prezidentin gündəliyini həyata keçirə biləcəyini sübut edib” və “dünya maliyyə bazarları üçün etibarlı seçimdir”.

Xatırladaq ki, Tramp faiz dərəcələrini azaltmaq istəmədiyi üçün Pauelli müntəzəm olaraq tənqid edirdi. 2025-ci ildə Fed ABŞ administrasiyasının tarif siyasətinin yaratdığı qeyri-müəyyənlik fonunda faiz dərəcələrini dəyişməz saxlayıb. “Bloomberg” qeyd edir ki, gələcək Fed sədrinin siyasəti tənzimləyicinin müstəqilliyinin təsdiqlənməsini gözləyən bazarlar üçün vacib siqnal olacaq.

Oxşar xəbərlər

Tramp maliyyə naziri vəzifəsinə investor Bessenti təklif edib
Tramp: FED faizləri azaltmasa, ABŞ iqtisadiyyatı yavaşlaya bilər
Skott Bessent: ABŞ iqtisadi böhran və tarixin ən böyük vergi artımı ilə üzləşə bilər
“Bloomberg”: Trampın ətrafı maliyyə naziri postu uğrunda mübarizə aparır
Trampın keçmiş müşaviri ABŞ-nin KTN rəhbəri ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər